ARDNŞ-də yeni departament yaradılıb

ARDNŞ-də yeni departament yaradılıb

27 Aprel 2011 09:30
2 906
Bəyəndim (0) Bəyənmədim (0)


Kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə digər işlərin təkmilləşdirilməsi məqsədi ilə SOCAR-ın Baş Ofisində "İnsan resursları departamenti" yaradılıb.


Departament "Uçot və işçilərlə əlaqələr", "Təlim və inkişaf" və "İşə qəbul və yerləşdirmə" şöbələrindən ibarətdir. Yeni yaradılmış departament insan resurslarının idarə edilməsi üzrə işlərin vahid mərkəzdən və peşəkar səviyyədə idarə olunmasını həyata keçirəcək.


Departamentin şöbələrinə ilk təyinatlar edilib. ARDNŞ-nin Təqaüd Proqramının ilk iştirakçılarından olmuş Oksford Universitetinin magistri Tural Əliyev "Təlim və inkişaf" şöbəsinin, Oklahoma Universitetinin magistri Teymur Mahmudov isə "İşə qəbul və yerləşdirmə" şöbəsinin rəisi vəzifələrinə təyin olunub.