Vladimir Putin NATO-nun ünvanına sərt sözlər işlədib

Vladimir Putin NATO-nun ünvanına sərt sözlər işlədib

27 Aprel 2011 09:23
Bəyəndim (0) Bəyənmədim (0)


NATO-nun Liviya əməliyyatını "xaçlı səfərləri " adlandıran Rusiya Baş Naziri Vladimir Putin yenidən bu haqda sərt sözlər söyləyib. Putin NATO-nun Liviyadakı hərbi əməliyyatlarını "mədəni cəmiyyətin Şimali Afrikanı məhv etməsi" adlandırıb.

Putin "Biz dünyəvi barışın tərəfdarıyıq. Məsuliyyətimizi dərk edərək dövlətlərarası hüquqa uyğun hərəkət etməliyik. Mədəni cəmiyyətin xalqların uzun illər formalaşmış bünövrəsini alt-üst etmək yaxşıdırmı.? Şəxsən mən bunun əleyhinəyəm" deyib.

Rusiya Baş Naziri Vladimir Putin NATO-nun Liviyadakı hərbi əməliyyatları başlamazdan əvvəl bu əməliyyatları "xaçlı səfərləri "-nə bənzətmişdi. Rusiya prezidenti Dmitri Medvedev isə Putinin bu bənzətməsini qəbul edilməz ifadə adlandırmışdı.

P.S. Atalarımız yaxşı deyib: Putinin əli Yaxın Şərqə çatmayanda, oraların işğalına "xaçlı səfəri"-dir deyir.