Türkiyə Yunanıstana qaz satmayacaq

Türkiyə Yunanıstana qaz satmayacaq

27 Aprel 2011 09:24
Bəyəndim (0) Bəyənmədim (0)


Türkiyə Yunanıstana təbii qaz satışını dayandıracaq və Azərbaycandan aldığı qazın hamısını öz daxili tələbatı üçün istifadə edəcək.

"Cihan" xəbər agentliyinin verdiyi xəbərə görə, Türkiyə Yunanıstana satdığı illik 750 milyon kub metr Azərbaycan qazını bundan belə özü istifadə etmək qərarına gəlib.

Məsələ ilə bağlı danışan yüksək vəzifəli rəsmi bildirib ki, bundan sonra Yunanıstan Azərbaycan qazını Türkiyə üzərindən keçən boru xətti ilə birbaşa alacaq.

Qeyd edilir ki, Türkiyə bu anlaşmadan da əlavə xeyir götürəcək. Belə ki, tranzit haqqı olaraq Azərbaycanın Yunanıstana satacağı qazın bir hissəsi Türkiyəyə veriləcək.

Xatırladaq ki, Rusiya və İrandan da qaz alan Türkiyə ən ucuz qazı bizdən alır. Azərbaycan Türkiyəyə illik 6,6 milyard kub metr qaz satır.