Rusiya "mavilərə" izn verdi

Rusiya "mavilərə" izn verdi

26 Aprel 2011 21:27
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiyanın paytaxtı Moskvada bələdiyyə sədri Yuriy Lujkov vəzifəsindən azad edilib. Elə bu səbəbdən Rusiyada ilk dəfə eynicinslilərin aksiya keçirməsinə izn verilib.

Qonşu ölkədə eynicinslilərin ən böyük dəstəkçilərindən biri olan Nikolay Aleksiyev veb səhifəsində açıqlayıb ki, Moskva rəsmiləri 28 mayda onlara nümayiş keçirtməyə icazə verib. Onun fikrincə, aidiyyatı orqanlar bu nümayişdə iştirakçıların təhlükəsizliyini qorumaq üçün hər cür tədbir görməlidir.

Sabiq bələdiyyə sədri bu tip nümayişçiləri "şeytan" adlandıraraq, stulda oturduğu 18 il boyunca onların qarşısında dağ kimi durmuşdu. Hətta Avropa İnsan Haqları Məhkəməsində Rusiyaya bu səbəbdən 41.099 dollar cərimə kəsilsə də, Lujkov yarpaq kimi əsməmişdi.

Yeni sədr Sergey Sobyanin də eynicinslilərin bu fikrini dəstəklədiyini söyləyib. Ancaq rəsmi Moskvadan mövzu ilə bağlı açıqlama hələ ki, gəlməyib.