Azərbaycanda faciə: Fəhlə torpaq uçqunu altında qalaraq öldü

Azərbaycanda faciə: Fəhlə torpaq uçqunu altında qalaraq öldü

21 Dekabr 2021 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı rayonunun Zərgəran kəndində 1 nəfər torpaq uçqunu altında qalaraq ölüb.

Oxuməni.az-a FHN-dən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həyətyanı sahədə qazıntı ləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb.

Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və V. Əliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.