Salyanda “Kamaz” “Qaz-31”lə toqquşub

Salyanda “Kamaz” “Qaz-31”lə toqquşub

10 İyul 2012 11:35
795
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Səlyan rayonu, Kürsəngi qəsəbəsində yol-qəza hadisəsi nəticəsində sahibi məlum olmayan, "Kamaz" markalı yük avtomobili ilə "Qaz-31" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğın baş vermişdir. Nəticədə "Qaz-31" markalı minik avtomobilinin yanar hissələri yanmış, avtomobilin sürücüsü 1977-ci il təvəllüdlü Ş. Y. Rzayev və sərnişin Fərzəliyev Rəsul Becan oğlunun meyitləri aşkar olunmuşdur. Yanğından "KAMAZ" markalı yük avtomobili mühafizə olunmuşdur.

O.M.