Astarada iki avtomobil toqquşub, 2 nəfər ölüb

Astarada iki avtomobil toqquşub, 2 nəfər ölüb

10 İyul 2012 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Astara rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin rəis əvəzi İlqar Rəhimzadənin Apa-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə iyulun 10-da saat 08.30 radələrində Ələt-Astara magistralının 224-cü kilometrliyində - rayonun Maşxan kəndindən keçən hissəsində qeydə alınıb. Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan "Volkswagen" markalı avtomobillə "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər hadisə yerindəcə dünyasını dəyişib, daha dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran və Astara rayonlarının xəstəxanalarına yerləşdirilib. Faktla bağlı Astara RPŞ-də araşdırmalara başlanıb, qəzada ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

O.M.