Şirvanda 16 yaşlı qızı maşın vurub, vəziyyəti ağırdır

Şirvanda 16 yaşlı qızı maşın vurub, vəziyyəti ağırdır

10 İyul 2012 11:15
1 019
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Şirvan şəhərində 16 yaşlı qızı maşın vurub. Bu barədə Apa-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, hadisə bu gün səhər saat 08.00 radələrində Şirvan şəhərinin H. Əliyev prospektində qeydə alınıb. Yolu keçən piyada, Şirvan şəhər sakini, 1996-cı il təvəllüdlü Kərimova İradə Vaqif qızı "QAZ 3102" markalı 18 BB 561 dövlət nömrə nişanlı avtomobillə vurulub. Nəticədə piyada Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, qapalı kəllə-beyin travması alan yaralı serebral komatoz vəziyyətdədir. Onun vəziyyəti kəskin ağır qiymətləndirilir. Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

O.M.