Yardımlıda dəhşətli qəza: avtomobil evə çırpılıb, 2 nəfər dünyasını dəyişib

Yardımlıda dəhşətli qəza: avtomobil evə çırpılıb, 2 nəfər dünyasını dəyişib

10 İyul 2012 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Yardımlı rayonu, Bozayran kəndində (rayon mərkəzindən 8 km aralı) yol-qəza hadisəsi nəticəsində vətəndaşa məxsus "Niva" markalı, minik avtomobili idarəetməni itirərək yolun kənarındakı evə çırpılmışdır. Nəticədə "Niva" markalı avtomobilin yanar hissələri və vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan bir mərtəbəli, 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanmışdır. Qəza nəticəsində avtomobilin sürücüsü 1980-ci il təv. Ə.İ.Quliyev və avtomobildə olan sərnişin 1973-cü il təv. İ.İ.Quliyev aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş və digər sərnişin 2004-cü il təv. Quliyev Ayxan Rizvan oğlu ağır bədən xəsarətləri ilə xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilmişdir.