Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub

9 İyul 2012 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Nizami rayonunda restoranın ərazisində ümumi sahəsi 50 kv.m olan taxta konstruksiyadan ibarət ikimərtəbəli tikilinin dam örtüyü 5 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.

O.M.