Tovuzda 2 yük avtomobili toqquşub

Tovuzda 2 yük avtomobili toqquşub

9 İyul 2012 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tovuz rayonu, Düz Qırıqlı kəndində (rayon mərkəzindən 20 km aralı) "İVECO" və "Mercedes" markalı 2 yük avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "İVECO" markalı avtomobildə olan 1 nəfər xəsarət almış və xəstxanaya aparılmış, 1 nəfər ölmüşdür. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.