Bakıda toyda kütləvi dava olub

Bakıda toyda kütləvi dava olub

9 İyul 2012 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan paytaxtında toyda kütləvi dava düşüb. Bu barədə Apa-ya Qaradağ Rayon Polis İdarəsindən bildirilib. Hadisə iyulun 8-də rayonun Lökbatan qəsəbəsində yerləşən "Savalan" şadlıq sarayında qeydə alınıb. Sərxoş vəziyyətdə olan bir qrup şəxs arasında rəqs üstündə dava düşüb. Nəticədə bir neçə nəfər bıçaq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Polisdən həmçinin bildirilib ki, davanın iştirakçılarından saxlanılan yoxdur. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

O.M