Avropalılar muzdla Qəddafinin tərəfində vuruşurlar

Avropalılar muzdla Qəddafinin tərəfində vuruşurlar

26 Aprel 2011 19:45
1 005
Bəyəndim (0) Bəyənmədim (0)

"Euobserver" internet qəzetinin verdiyi xəbərə görə, Avropadan, o cümlədən Avropa Birliyi ölkələrindən 300-500 arası muzdlu əsgər Liviyada Müəmmər Qəddafinin tərəfində vuruşur.


Avropadan olan muzdlu əsgərlər ağır texnika üzrə, əsasən də vertolyot texnologiyaları və hərbi taktika üzrə ixtisaslaşıblar. Günə bir neçə min dollar alan əsgərlərin əksəriyyəti Belorus, Serbiya və Ukraynadan gətirilib. Hadisə yerində kifayət qədər polşalı vertolyot ekspertləri də mövcuddur. Həmçinin əməliyyatlara belçikalı, ingilis, fransız və yunan əsgərlər də cəlb olunub.

Bundan başqa Qəzzafi tərəfində CAR, Çad, Nigeriya və Somalidən gününə 2000 dollar alan muzdlu əsgərlər də vuruşur.


Bir reklamda deyildiyi kimi, həyatda bəzi şeylər var ki, onu pulla almaq olmur. Qalan şeylər üçün "Qəddafi kart" mövcuddur.


Hafiz Əhmədov


O.M.