Bakı şəhərində klinikada yanğın baş verib

Bakı şəhərində klinikada yanğın baş verib

6 İyul 2012 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən klinikada ümumi sahəsi 100 kv.m olan laboratoriyanın bir otağında 8 kv.m sahədə asma tavan və 2 kv.m sahədə rəf yanmışdır. Otaqda olan kondisioner yüksək temperaturdan ərimişdir. Laboratoriyanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.

O.M.