Bu, insanlıqdan uzaqdır

Bu, insanlıqdan uzaqdır

26 Aprel 2011 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxt Cakartada gedərək böyüyən və bir iş sektoru halını alan meymun şousu heyvanlara bu dünyada cəhənnəm əzabı yaşadır!


İndoneziya küçələrində ənənəvi bir nümayiş halını alan maskalı meymun şousu heyvanlar üçün əziyyətə çevrilib. Meymunların iki ayaqları üzərində dayanmaları və müxtəlif hərəkətlər etmələri üçün ağır bir təhsil sistemi tətbiq olunmaqdadır. Heyvanlar iki ayaqları üzərində dayana bilməyi üçün boyunlarına keçirilən qırmaqdan asılır və arxalarına aldıqları çubuqları daşımaqda zorluq çəkirlər. Bundan əlavə, ətrafdakıların yanında tullanmaları, kitab oxumaları üçün təlim alırlar.


Cakartada dolanışığını məhz bu yolla təmin edən Karmini adındakı meymun tərbiyəçisi gündə təxminən 10 dollar pul qazanır. Dörd meymunu olan Karmini şoudan əvvəl meymunlarını zəncirlə asır, əllərini bağlayıb, kürəyinə qoyduğu çubuqla onun əmrlərinin həyata keçirilməsini istəyir.


"Topeng Monyet" (Maskalı Meymun) şousuna çıxan meymunlar taxdıqları müxtəlif maskalarla tamaşaçıları əyləndirməyə çalışırlar.

Bu halda meymun insandan ağıllıdır. Çünki o, insan hərəkətlərini etdiyi halda insan meymunluq edib pul qazanır.


Günel Həbib


O.M.