Cəbhə xəttində atəş səsləri susmaq bilmir

Cəbhə xəttində atəş səsləri susmaq bilmir

6 İyul 2012 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan və Berdavan kəndləri yaxınlığında, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Mərzili, Qaraqaşlı və Şirvanlı kəndləri yaxınlığında, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.