“Quran”ı yandıran şəxs üzərinə benzin tökülərək yandırıldı

“Quran”ı yandıran şəxs üzərinə benzin tökülərək yandırıldı

5 İyul 2012 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanda əhali dinsizlikdə ittiham edilən bir nəfəri polis şöbəsindən çıxardaraq yandırıb. ANN.Az-ın "BBC"-yə istinadən verdiyi xəbərə görə, hadisə Pəncab əyalətinin Bahavalpur bölgəsində baş verib.

Yandırılan şəxs "Quran" kitabını yandırmaq ittihamlarıyla polis şöbəsinə gətirilmişdi. Ancaq heç istintaq prosesi başlamamış minlərlə qəzəbli insan polis şöbəsini mühasirəyə alıb. Polislər izdihamı dağıtmağa çalışsalar da, müvəffəqiyyət qazana bilməyib. İki tərəf arasında yaranan qarşıdurmada bir neçə polis əməkdaşı yaralanıb.

Daha sonra nümayişçilər ittiham edilən şəxsi ələ keçirib və "Quran" kitabını yandırdığı iddia edilən yerə gətirib. Burada onun üzərinə benzin tökülərək yandırılıb.

Qeyd edək ki, Pakistanda din qanununa görə, İslam dinini təhqir edən şəxslərə ölüm cəzası nəzərdə tutulur. Ancaq bu cəza nadir hallarda yerinə yetirilir.

O.M.