Siyəzəndə 12 yaşlı qız sobaya yanacaq tökən zaman yanıb

Siyəzəndə 12 yaşlı qız sobaya yanacaq tökən zaman yanıb

5 İyul 2012 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda 12 yaşlı qız yanıb. O, hamamda quraşdırılan odun sobasının üzərinə yanacaq tökən zaman alova qərq olub.
Milli.Az Regional TV kanalına istinadən xəbər verib ki, hadisə iyulun 3-ü axşam saatlarında baş verib.
Siyəzən şəhər Fizuli küçəsi 9 ünvanında yaşayan 12 yaşlı Arzu Saleh qızı Mustafayeva hamamda odun sobasından yanıb. O, sobaya yanacaq tökən zaman alov onu bürüyüb. Yaralı ağır vəziyyətdə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Ona sağ əlin, sol və sağ ayağın ikinci dərəcəli texniki yanığı diaqnozu qoyulub.
Hazırda Arzu Mustafayevanın vəziyyətinin stabil olduğu bildirilir.

O.M.