Azərbaycanda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib

Azərbaycanda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib

5 İyul 2012 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda daha bir ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində Qobustan rayonu ərazisində qeydə alınıb.

"Mercedes" və "VAZ-21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb. "VAZ-21015" markalı avtomobilin sürücüsünün sıxılmış vəziyyətdə qalmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.