İngiltərə Suriyadakı diplomatlarını geri çağırıb

İngiltərə Suriyadakı diplomatlarını geri çağırıb

26 Aprel 2011 16:27
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə mətbuatının verdiyi məlumata görə , İngiltərə Xarici İşlər Naziri Uilyam Heyq Suriyada nümayişçilərin öldürülməsindən dəhşətə gəldiyini söyləyib. ABŞ Xarici İşlər Nazirliyi isə Suriyadakı diplomatik nümayəndəliyin aşağı vəzifəli işçiləri və ailələrinə bu ölkəni tərk etmək göstərişi verib. Bu ölkədən sonra Ingiltərə də analoji addımı atıb.

Amerika Milli Təhlükəsizlik Şurasının sözçüsü Tommi Vietor yüksək səviyyəli Suriya rəhbərlərini əhatə edən sanksiyanın gündəmdə olduğunu bildirib.


Suriyalı iki deputat isə istefa verib. Millət vəkili Döyənək Əl-Həriri bildirib ki, oğulları güllələrdən qoruya bilmədiklərinə görə artıq parlamentdə qalmağın mənası yoxdur.

İstefa vermək özü bir cəsarət tələb edir. Bu baxımdan Bəşər Əsəd qorxaq adamdır...


Hafiz Əhmədov


O.M.