Gəncə şəhərində iki yanğın hadisəsi baş verib

Gəncə şəhərində iki yanğın hadisəsi baş verib

4 İyul 2012 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Gəncə şəhərində iki mənzildə yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.

Digər hadisə isə şəhərin Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli dördotaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.

O.M.