Bakıda “VAZ” markalı avtomobil ağaca çırpılaraq çevrilib

Bakıda “VAZ” markalı avtomobil ağaca çırpılaraq çevrilib

4 İyul 2012 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yol-nəqliyyat qəzasının baş verməsi və köməyə ehtiyacı olan zərərçəkmişlərin olması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmış və çevrilmişdir. Nəticədə, avtomobil deformasiyaya uğramış, avtomobildə olan sürücü və 3 nəfər sərnişin sıxılmış vəziyyətdə qalmışlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsləri avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarına təhvil vermiş, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görmüşlər.

O.M.