Kürdəmirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Kürdəmirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

4 İyul 2012 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kürdəmir rayonu, Atakişili kəndində "KAMAZ" markalı yük avtomobili ilə "LADA" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə nəqliyyat vasitələri deformasiyaya uğramış, minik avtomobilinin sürücüsü - 1991-ci il təvəllüdlü Cabbarov Əli Kiçik oğlu və şəxsiyyətləri məlum olmayan 2 sərnişin hadisə yerində vəfat etmişlər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri avtomobildən çıxarmış, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 02:20-də başa çatmışdır.

O.M.