Gürcüstanda 70 nəfər xlor sızmasından zəhərlənib

Gürcüstanda 70 nəfər xlor sızmasından zəhərlənib

4 İyul 2012 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın paytaxtı Tiflis şəhərinin ətrafındakı Lilo qəsəbəsində xlor sızması nəticəsində 70 nəfər zərər çəkib. Apa-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, xəstəxanalara çatdırılan zərər çəkənlərdən biri – 18 yaşlı Laşa Narimanidzenin vəziyyəti ağırdır. O, astma xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, iyulun 4-nə keçən gecə Lilo qəsəbəsində İran şirkətinə məxsus 800 litrlik rezervuardan xlor sızıntısı baş verib. Xlordan zəhərlənən əhali xəstəxanalara yerləşdirilib. Prezident Mixail Saakaşvili və səhiyyə naziri Zurab Çiaberaşvili xəstələri ziyarət ediblər. Onlar bütün müalicə xərclərini dövlətin öz üzərinə götürəcəyini bildiriblər.
Xlor sızıntısının nəticələrinin ardan qaldırılması üçün iş aparılır.

O.M.