Azərbaycanda ötən gecə 10 yol nəqliyyat hadisəsi baş verib: 8 nəfər dünyasını dəyişib

Azərbaycanda ötən gecə 10 yol nəqliyyat hadisəsi baş verib: 8 nəfər dünyasını dəyişib

4 İyul 2012 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda bir gecədə 8 nəfər yol qəzasında ölüb. Bu barədə Apa-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, ötən gecə respublikanın avtomobil yollarında 10 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 8 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən yol qəzaları Goranboy, Göyçay və Kürdəmirdə törədilib. Goranboyda və Kürdəmirdə avtomobillərin toqquşması nəticəsində 6, Göyçayda isə 2 nəfər dünyasını dəyişib.
Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşması nəticəsində meydana gəlib.
Baş Dövlət Yol Polisi İdarəsi son zamanlar respublikanın avtomobil yollarında çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzalarından narahatlığını bildirir və sürücüləri diqqətli olmağa, sürət həddini aşmamağa çağırır.

O.M.