Bakıda 21 aptekdə 409 qutu yararsız dərman preparatları aşkarlanıb

Bakıda 21 aptekdə 409 qutu yararsız dərman preparatları aşkarlanıb

3 İyul 2012 13:11
842
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) Bakının Binəqədi rayonunda fəaliyyət göstərən bir sıra apteklərə baxış keçirib.

DVAEM-dən Apa-ya verilən məlumata görə, 20-si lisenziyalı, 1-i qanunsuz fəaliyyət göstərən aptekdə aparılan yoxlamalar zamanı xeyli miqdarda yararlılıq haqqında heç bir analiz protokolu olmayan dərman aşkarlanaraq götürülüb.
Mərkəzin inspektorları qanunsuz fəaliyyət göstərən 1 aptekin fəaliyyətini dayandırıblar. Buna səbəb aptekə verilmiş lisenziyanın müddətinin bitməsi olub. Həmin aptekdə 8 qutu sertifikatsız dərman da aşkarlanıb. 21 aptekdə ümumilikdə 409 qutu yararlılıq haqqında analiz protokolu olmayan dərman preparatları aşkarlanıb.

O.M.