İdrak Abbasov: “Daha özümü döydürməməliyəm”

İdrak Abbasov: “Daha özümü döydürməməliyəm”

2 İyul 2012 21:28
Bəyəndim (0) Bəyənmədim (0)
Əli Həsənov mənə nə problemim varsa, həll etməyə yardım edəcəklərini vəd etdi

Müxtəlif zamanlarda qanunla və ya qanunsuzluqla problemlər yaşamış İdrak Abbasov həyatın qanunları ilə yaşamağa başlayıb. Belə ki, tanınmış jurnalist artıq problemlərdən uzaqlaşaraq dinc həyatın sürprizləri ilə məşğul olur. Onun facebook səhifəsində yazdığı status fədakar jurnalist əməyinə dövlətin və cəmiyyətin verdiyi yüksək qiyməti əks etdirir.

İdrak Abbasov yazır: "Bu gün iki hadisə ilə üzləşmişəm: 1. Prezident Aparatının şöbə müdiri Əli Həsənov mənə nə problemim varsa, həll etməyə yardım edəcəklərini Rəsul Cəfərov və Cəsur Sümerlinin yanında vəd etdi. Dedi ki, amma daha özümü döydürməməliyəm.

2. Avtomobilimə mühərrik üçün kəmər və ehtiyat hissə almağa Fövqəladə Hallar Nazirliyinin yanındakı dükana girdim. Azad adlı dükan sahibi ehtiyat hissələrini versə də, inadıma baxmayaraq, pul götürmədi. Dedi ki, sən xalqa görə özünü şikəst edə bilirsən, mən bu kişiliyi edə bilmərəm?"

Həyat riyazi dəqiqliklə hesablanıb. Ortaq məxrəcə gəldikdə, cavab kəsirsiz alınır...

Aqil Hüseynov

O.M.