Bakı şəhərində itkin düşən şəxs tapılıb

Bakı şəhərində itkin düşən şəxs tapılıb

2 İyul 2012 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda itkin düşmüş şəxslər tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən Apa-ya verilən məlumata görə, yanvarın 19-u saat 12 radələrində Binəqədi qəsəbə sakini Günay Mürsəliyeva yaşadığı evdən çıxıb və bir daha geri dönməyib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində G. Mürsəliyeva iyunun 30-da tapılaraq ailəsinə təhvil verilib.

Məlumata görə, aprelin 30-da evdən gedib, bir daha geri qayıtmayan Maştağa qəsəbə sakini Afaq Dadaşova isə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının səyi nəticəsində iyunun 30-da tapılaraq ailəsinə təhvil verilib.

O.M.