"Əl-Qaidə" təşkilatının fəalı öldürülüb

"Əl-Qaidə" təşkilatının fəalı öldürülüb

26 Aprel 2011 15:42
Bəyəndim (0) Bəyənmədim (0)


"Əl-Qaidə" terror təşkilatının məşhur komandirlərindən biri olan, Əbdül Gani kimi tanınan Əbu Hafs əl-Necdi öldürülüb. "Lenta.ru" xəbər saytının verdiyi məlumatda Əbu Hafs əl-Necdinin NATO-nun koalisiya qüvvələrinin Pakistan sərhədlərinə hava hücumu zamanı öldürüldüyü bildirilib.

Əbu Hafs əl-Necdi "əl-Qaidə"də intihar hücumları və nağd pul transferinə məsuliyyət daşıyıb, Kunar bölgəsində terror təşkilatının fəaliyyətinə rəhbərlik edib, tez-tez Əfqanıstandan Pakistana gələrək təşkilati işləri həyata keçirib.


Əbu Hafs əl-Necdi ilə birlikdə "Əl-Qaidə"nin digər məşhur komandiri Vakas da hava hücumu zamanı ölüb. NATO-nun açıqlamasında qeyd olunur ki, Əbu Hafs əl-Necdi 2007-ci ildən təqib olunub və sonuncu dəfə Vakas ilə görüşərkən yeri dəqiqləşdirilib.