Nəfəs kəsən istilər gəlir

Nəfəs kəsən istilər gəlir

1 İyul 2012 19:43
Bəyəndim (0) Bəyənmədim (0)
Temperatur 40-42 dərəcəyə yüksələcək

Azərbaycanda iyul ayında yağıntılar qeyri-bərabər paylanacaq, bəzi günlərdə temperatur 40-42 dərəcə olacaq.

İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər yüksək olacağı gözlənilir. Yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aylıq yağıntının miqdarının əksər rayonlarda normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 21-26, gündüzlər 30-35 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 37-40 dərəcəyədək yüksələcək.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 17-22, gündüzlər 31-36 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 38-42 dərəcəyədək yüksələcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Temperatur gecələr 12-17, gündüzlər 23-28 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 31-36 dərəcəyədək yüksələcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 18-23, gündüzlər 29-34 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 37-41 dərəcəyədək yüksələcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 15-20, gündüzlər 27-32 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 34-38 dərəcəyədək yüksələcək.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında orta aylıq temperaturun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 20-25, gündüzlər 31-36 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 39-42 dərəcəyədək yüksələcək.
Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 19-24, gündüzlər 28-33 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 36-39 dərəcəyədək yüksələcək.

O.M.