Bin Ladin son  anda xilas olub

Bin Ladin son anda xilas olub

26 Aprel 2011 15:32
Bəyəndim (0) Bəyənmədim (0)


"Guardian" qəzetində yayımlanan "Wikileaks" sənədlərinə görə, Əfqanıstanda axtarılan Bin Ladin ABŞ və İngiltərənin əlindən son anda xilas olub.

Xəbərə görə, İngilis və Amerikanlar tərəfindən "divara sıxışdırılmış" Bin Ladini son anda Pakistanlı bir qəbilənin lideri öz silahlı qruplaşması ilə başqa bir yerə köçürüb və onu xilas edib.

Qəzetin yayımladığı xəbərlər içərisində, Əfqanıstanda gedən casus döyüşləri haqqında informasiya da yer alıb.

Əl-Qaidə adına 2002-ci ildə Pakistan kilsəsinə bomba qoyan Adil Hadi əl Cəzairi Bin Halilinin eyni zamanda İngilis Kəşfiyyatı MİQ üçün işlədiyi də sənəddə qeyd olunub.