Litva prezidenti Bakıya gələcək

Litva prezidenti Bakıya gələcək

26 Aprel 2011 15:15
890
Bəyəndim (0) Bəyənmədim (0)


Gələn həftə Litva prezidenti Daliya Qribauskaytenin Cənubi Qafqaz regionuna səfəri başlayır. Səfərdə məqsəd Cənubi Qafqazda münaqişələrin nizamlanmasına dair dialoqu stimullaşdırmaqdır.

Litva prezidentinin nümayəndəsi bildirib ki, prezidentin Cənubi Qafqaza səfəri çox önəmlidir. O, "Litva bu il ATƏT-ə sədrlik edir və dondurulmuş münaqişələrin həllini əsas prioritetlərdən biri elan edib. Litva prezidentinin bu səfərinin Cənubi Qafqazda münaqişələrin həllinə dair dialoq prosesini stimullaşdıracağını gözləyirik" deyib.