Qaçırılmış 3 türk vətəndaşı xilas edilib

Qaçırılmış 3 türk vətəndaşı xilas edilib

26 Aprel 2011 15:05
833
Bəyəndim (0) Bəyənmədim (0)


İraqda fevral ayında qaçırılan 3 türk, bu ölkənin hərbçilərinin həyata keçirdiyi əməliyyatla xilas edilib.

Rəşad bölgəsindəki Doqmat kəndində həyata keçirilən əməliyyata İraqın polis və əsgərləri ilə yanaşı ABŞ-ın hərbçiləri də qatılıb.

Əməliyyat nəticəsində xilas edilən 3 türkün səhhətinin yaxşı olduğu bildirilib. Onların ailələrinə bu xoş xəbəri xarici işlər naziri Əhməd Davudoğlu verib.

Xilas edilən türklərin Kərkükdə həkim nəzarətindən keçdikdən sonra Mosul Baş Konsulluğuna aparılmaları gözlənilir.

Qeyd edək ki, İraqın şimalındakı Kərkük şəhərində soyutma və lift sistemləri hazırlayan bir şirkətdə çalışan 3 türk fevral ayında naməlum şəxslər tərəfindən qaçırılmış, o gündən bəri onlardan xəbər almaq mümkün olmamışdı.