Bakıda güclü külək fəsadlar törətdi

Bakıda güclü külək fəsadlar törətdi

28 İyul 09:09
1 526
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gündən başlayan güclü külək Bakıda fəsadlar törədib.

Oxuməni.az xəbər verir ki, paytaxtın bir çox yerində ağacların budaqları qırılaraq, yola düşüb.

Səhər erkən saatlardan başlayaraq icra hakimiyyətlərinin müvafiq qurumlarının əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlərə başlayıblar.

Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyulun 27-dən 29-nadək respublikanın bir sıra yerlərində, o cümlədən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi barədə xəbərdarlıq etmişdi.