Cavanşir Quliyev sağalmaz xəstəliyə tutulub: İmmun sistemi ona hücum edir

Cavanşir Quliyev sağalmaz xəstəliyə tutulub: İmmun sistemi ona hücum edir

22 İyul 2021 17:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Cavanşir Quliyev nadir xəstəliyə yoluxub.

Oxuməni.az xəbər verir ki, bu barədə C.Quliyev özü məlumat verib. Bildirib ki, uzunmüddətli müalicədən sonra səhhəti nisbətən normallaşıb:

"İndi nisbətən yaxşıyam. Dünyada çox nadir xəstəliklərdən biri ilə mübarizə aparıram. Hansı ki, mində bir adamda olur. Autoimmun xəstəliyidir bu. Nədir bu xəstəliyin göstəricisi. İmmunitet sisteminin başı xarab olub sahibinə hücum etməyə başlayır. Məni qorumaq əvəzinə ziyan verir. Qısacası bədənimdə olan aşırı immunitetlə mübarizə aparıram”.

Bəstəkar bildirib ki, xəstəliyə qarşı qəbul etdiyi dərmanlar digər orqanlarını sıradan çıxarır:

“Xəstəliyin fəsadları çoxdur. Məndə dəridə qaşınma və suluqlu səpkilərlə başladı. Xəstəliyə qarşı aldığım müalicələr, qəbul etdiyim dərmanlar digər orqanlarımı tədricən sıradan çıxara bilər. Bu xəstəliyin nəticəsi şərti olaraq ölümdür. Təhlükəli xəstəlikdir. Heç vaxt sağalmır. Sadəcə aparılan müalicələrlə bir müddətlik yuxuya gedir. Ömürlük mənim qardaşımdır artıq bu xəstəlik”.