Almaniya və Belçikada daşqınlar 90 nəfərdən çox adamın həyatına son qoydu

Almaniya və Belçikada daşqınlar 90 nəfərdən çox adamın həyatına son qoydu

16 İyul 2021 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa ölkələrində leysan yağıntılarının törətdiyi daşqınlar nəticəsində həlak olanların sayı 90 nəfəri ötüb.

Oxuməni.az xəbər verir ki, yalnız Almaniyada ölənlərin sayı 81 nəfərə çatıb. 50 nəfər Reynland-Pfalts, 30 nəfər isə Şimali Reyn-Vestfaliya federal torpağında həyatını itirib. Təbiət hadisəsi nəticəsində itkin düşənlərin sayının minə yaxın olduğu ehtimal edilir. Bununla yanaşı, cümə günü regionda daha güclü yağışların yağacağı ehtimal olunur.

Qeyd edək ki, daşqınlar Belçika və Niderlandda da ciddi fəsadlar törədib. Belçikada 11 nəfər həlak olub.