Türkiyə-Ermənistan dostluğunun "simvolu" nun sökülməsinə başlanılıb

Türkiyə-Ermənistan dostluğunun "simvolu" nun sökülməsinə başlanılıb

26 Aprel 2011 14:10
Bəyəndim (0) Bəyənmədim (0)


Türkiyənin Qars şəhərində Türkiyə-Ermənistan dostluğunun simvolu kimi ucaldılmış 24,5 metr yüksəklikdəki abidənin sökülməsinə başlanılıb.

Türkiyə mətbuatının verdiyi məlumata görə, abidənin sökülməsi işini üzərinə götürən firma söküntü işini abidənin baş hissəsindən başlayıb. 19 ton ağırlığındakı ilk hissə kəsildikdən sonra kranla yerə endirilib. Söküntü işləri axşama qədər davam edəcək.


İki insan fiqurundan ibarət olan abidə 18 parçaya ayrılacaq və bələdiyyənin ayıracağı bir bölgədə saxlanılacaq.


Xatırladaq ki, abidənin sökülməsi haqqında qərar Ərdoğanın Qars şəhərinə səfərindən sonra qəbul edilmişdi. O, abidəni "ucube" adlandırmış və onun sökülərək yerində park salınması haqqında göstəriş vermişdi.