Azərbaycanda dəhşətli qəza: Beş ölü, iki yaralı

Azərbaycanda dəhşətli qəza: Beş ölü, iki yaralı

9 İyul 09:26
620
Bəyəndim (0) Bəyənmədim (0)

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Oxuməni.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Avtoqəza nəticəsində beş nəfər ölüb, iki nəfər xəsarət alıb. Hadisə zamanı "Mercedes Vito" markalı mikroavtobusla "Howo" markalı yük maşını toqquşub.

Avtoqəza nəticəsində üç nəfər – Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Eyvaz İbrahim oğlu İbrahimov, Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

E.İbrahimovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Hürü isə Göyçay Rayon xəstəxanasına aparılıb.

Qeyd edək ki, şəxsiyyətləri hələlik müəyyən edilməyən daha 4 nəfər hadisə yerində dünyasını dəyişib.