Bakıda it sürüsü uşaqlara hücum etdi: yaralanan var

Bakıda it sürüsü uşaqlara hücum etdi: yaralanan var

7 İyul 2021 16:53
Bəyəndim (0) Bəyənmədim (0)

Xırdalan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına parkda həyəcanlı anlar yaşanıb.

Oxuməni.az Bakupost.az-a istinadən xəbər verir ki, parkda gəzən uşaqlara it sürüsü hücum çəkib. Uşaqlardan biri yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, parkda dincələn sakinlərin müdaxiləsi olmasaymış, bədbəxt hadisə baş verəcəkmiş.

Xəsarət alan uşaq dərhal Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə dərman vurulub.

Xəstəxanadan bildirilib ki, xəsarət alan şəxs Teymur Mirzəxanlı adlı yeniyetmədir. İtlər onun ayağını dişləyib.

Qeyd edək ki, analoji hadisə Abşeron ərazisində bir neçə dəfə baş verib. Sakinlərin çoxsaylı müraciətlərinə baxmayaraq, problemin həlli istiqamətində heç bir addım atılmır. Yiyəsiz ev heyvanları əhalinin ən sıx olduğu yerlərdə sürü halında dolaşırlar.