Xanımına 1 milyon dollarlıq üzük hədiyyə edib

Xanımına 1 milyon dollarlıq üzük hədiyyə edib

26 Aprel 2011 13:27
6 154
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin ən böyük sərmayədarlarından olan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov xanımına 1 milyon dollar dəyərində üzük hədiyyə edib.

Mübariz Mənsimovun bir neçə gün əvvəl 3-cü dəfə ata olması ilə əlaqədar xanımına üzük hədiyyə etməsi haqqında informasiyanı Türkiyənin " Günəş" qəzeti yayıb.

Qeyd edək ki, Mübariz-Tamara Mənsimova cütlüyünün 2 qızı var. 3-cü uşağın isə oğlan olması cütlüyün sevincini qat-qat artırıb.


Mübariz Mənsimov "Palmali" şirkətlər qrupunun prezidentidir.


İş adamı Türkiyədə daha çox media, turizm, gəmi sahələrinə sərmayə yatırıb.


Üzük xoşbəxtlik rəmzidir. Arzu edirik ki, yeni alınan üzüyün qiyməti Mübariz Mənsimovun xoşbəxtliyinin qarşısında ucuz görünsün.


Hafiz Əhmədov


O.M.