4 general  tutduğu vəzifədən  uzaqlaşdırılıb

4 general tutduğu vəzifədən uzaqlaşdırılıb

26 Aprel 2011 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Dmitri Medvedev Daxili İşlər Nazirliyinin 4 generalını vəzifələrindən uzaqlaşdırıb. Oxumeni.az saytının "RBK"ya istinadən verdiyi məlumata görə, bunlar nazirliyin Sankt-Peterburq Universitetinin rəis müavinləri Viktor Bereket və Leonid Borodavko, həmçinin DİN-nin Ural Hüquq İnstitutunun rəisi Aleksandr Quk, nazirliyin "Olimpiada-2014" Mərkəzinin rəis müavini, polis polkovniki Sergey Seliverstovdur.


DİN-nin Kalininqrad Hüquq İnstitutunun rəisi Vitali Boçarov da vəzifəsindən uzaqlaşdırılan generallar sırasındadır.


Prezident seçkiləri yaxınlaşdıqca Rusiya gerbindəki ikibaşlı qartalın bir başı əleyhdarlarını dənləməyə başlayıb...


Hafiz Əhmədov


O.M.