VIDEO-Quantanamo ilə bağlı şok sənədlər üzə çıxıb

VIDEO-Quantanamo ilə bağlı şok sənədlər üzə çıxıb

26 Aprel 2011 12:08
Bəyəndim (0) Bəyənmədim (0)


"WikiLeaks" saytı ABŞ-ın Quantanamo həbsxanasındakı məhbusların məxfi sənədlərinin paketini yayımlayıb. Türkiyə mətbuatının verdiyi xəbərə görə, 2002 - 2009-cu illər ABŞ ordusuna aid sənədlərdə bir çox məhkumların günahsız olduğu halda illərcə həbsdə saxlanması və ağır işgəncəyə məruz qalması bildirilir. Sənədlərdə həbsxananın yarandığı 2002-ci ildən bəri həbs olunan bütün məhkumlar barədə məlumatlar var. Günahsız olduğu barədə qərar çıxarılan məhbuslar arasında 89 yaşlı əfqan kəndlisi və 14 yaşında uşağın da olduğu qeyd olunub.


Sənədlərdə həmçinin 100-ə yaxın məhbusun psixoloji problemləri olan şəxslər kimi qələmə verilərək onların intihara təşəbbüs etdirildiyi bildirilib.


Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın prezidentliyi ərəfəsində həbsxananın bağlanması ilə bağlı söz verməsindən iki il keçib, amma Quantanamoda hələ də 172 məhbus saxlanılır.


ABŞ səlahiyyətlilərinin məqsədi kimisə islah etmək deyil. İslah olunmaq istəməməkdir...


Hafiz Əhmədov


O.M.


Daha ətraflı məlumatla videoda tanış ola bilərsiiz: