Əbülfəs Qarayev gürcüstanlı nazirlə görüşüb

Əbülfəs Qarayev gürcüstanlı nazirlə görüşüb

26 Aprel 2011 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziri Vera Kobaliya ilə görüşüb.


Görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib.


Nazir Ə. Qarayev, Azərbaycanda turizm sənayesinin prioritet sahələrdən biri olduğunu və 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunduğunu vurğulayıb. Bununla yanaşı, Ə. Qarayev Azərbaycan Turizm İnstitutunun fəaliyyəti haqqında məlumat verərək qeyd olunan təhsil müəssisəsində gürcüstanlı tələbələrinin təhsil alınmasını təklif edib.


Bununla yanaşı, görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, ümumi turistik məhsulun yaradılması və digər məsələlər müzakirə edilib.


Gürcü nazir Azərbaycanda turist səfərini davam etdirir...


Elvin Babayev


O.M.