Qarabağ danışıqlarında canlanma müşahidə olunur

Qarabağ danışıqlarında canlanma müşahidə olunur

26 Aprel 2011 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

"Oxumeni.az"-ın "Yap.org.az" saytına istinadən verdiyi məlumata görə, Qarabağ danışıqlarında canlanma müşahidə olunur.


"Son dövrlər Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində intensivliyin artmasını müşahidə etməkdəyik. Bu da təsadüfi deyil. Bütün bunların əsasında Azərbaycan Prezidenti İlham Əliyevin çevik və hücumçu xarakter daşıyan siyasəti dayanır". Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.


M. Qurbanlı bildirib ki, münaqişənin uzanması təhlükəli vəziyyət yaradır. Onun sözlərinə görə, həmsədrlərin bölgəyə intensiv səfərləri və Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu günlərdə keçirilən görüşü mövcud status-kvonun aradan qaldırılması istiqamətində atılmış addımlar hesab oluna bilər.


M. Qurbanlı "Bölgədə sülhün pozulması, müharibənin başlaması ATƏT-in söykəndiyi təməl prinsiplərə ziddir, bütövlükdə, beynəlxalq aləmdə mövcud olan sülh və təhlükəsizliyin yaradılması istiqamətində atılan addımlara uyğun deyil. Ona görə də beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində ciddi addımlar atmalıdır" deyib.


Danışıqları sağlam düşüncəli tərəflə apararlar. Ermənilər isə həm kar, həm də xəstə təxəyyülə malik canlılardır. Onlarla başa düşdükləri dildə danışmaq lazımdır, yəni güc dilində...


Elvin Babayev


O.M.